Pensiyalar indeksləşdirilərək 11,4 faiz artırılır


20:10     05 Fevral 2021 pensiya%20bankomat.jpg

Ötən il orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 faiz artırılır.

Femida.az -IN məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov mətbuat konfransında bildirib.

O qeyd edib ki, fevralda pensiya alanlar həm yanvar, həm də fevral artımı ilə alacaqlar 2020-ci ildə pensiya, Prezidentin təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və 1 milyard manat çox olmaqla, 5 milyon 743 milyon manat vəsait yönəldilib. Minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə, Azərbaycan MDB-də liderliyini qoruyub saxlayıb.

Açar sözlər:

Oxunub: 625