Dünya Bankı Azərbaycanla bağlı xüsusi araşdırmalar hazırlayacaq
17:00 10 Fevral 2021
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayklın rəhbərlik etdiyi nümayəndə heyəti ilə videokonfrans formatda görüşü keçirilib.
Bu barədə Femida.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə ölkəmizin Dünya Bankı ilə əməkdaşlığa önəm verdiyi və əlaqələrin çoxşaxəli olduğu vurğulanıb.
Bankla əməkdaşlığın inkişaf istiqamətləri və Azərbaycanda aparılan islahatlara dəstək barədə müzakirələrin aparıldığı görüşdə Dünya Bankının Azərbaycan üzrə hazırlayacağı xüsusi iqtisadi və maliyyə araşdırmalarının əhəmiyyəti qeyd edilib, araşdırmalar üzrə əsas aspektlər diqqətə çatdırılıb.
Bildirilib ki, Bankın hazırlayacağı Ölkə İqtisadi Memorandumu (Country Economic Memorandum-CEM), Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (Financial Sector Assessment Program - FSAP) və Sistematik Ölkə Diaqnostikası (Systematic Country Diagnostic - SCD) araşdırmaları prioritet inkişaf hədəflərinə nail olunmasına töhfə verəcək.
Görüşdə qeyd olunan araşdırmaların hazırlanmasında İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 384
Oxşar xəbərlər
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Dünyada koronavirusa yoluxma sayı 490 milyonu ötüb
- Dünya çempionu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb
- Dünyada koronavirusa yoluxanların sayı 482,3 milyonu ötüb
- Dünyada koronavirusa yoluxma sayı 480 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 470 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 466 milyona çatır