Təyyar Eyvazov: "5 yaşa qədər uşaqların maska taxması tələb olunmur"


16:33     11 Fevral 2021 21_02_11_1613044254.jpg

“ÜST-ün göstərişinə görə 5 yaşa qədər uşaqların maska taxması tələb olunmur”.

Femida.az -ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışında bildirib.

O deyib ki, uşaqlara nəzarət etmək olmur, onlar maskaya əllərini vurub gözlərinə çəkə bilirlər. Növbəti qrup 6-11 yaşlılardır ki, onlara izah edərək maskadan düzgün istifadəni müəyyən qədər təmin etmək olur: “Maska o vaxt effektiv olur ki, ondan düzgün istifadə olunur. 12 yaşdan yuxarı uşaqlarda isə böyüklərdə olduğu kimi maskadan istifadə mümkündür. Kiçik yaş qruplarında, məktəbəqədər təhsil müəssisələrində maskadan istifadə şagirdin və valideynin ixtiyarına buraxılır. Orta və peşə təhsil müəssisələrində isə bu məcburidir”.

Açar sözlər:

Oxunub: 546