“Vəzifə tutan nazirlər də and içsinlər” - Deputat


12:32     12 Fevral 2021 zahid%20or.jpg

“Prezidentin yüksək vəzifə tutan bir neçə hökumət üzvünü tənqid etməsi cəmiyyətdə böyük əks-səda doğurub”.

Bunu deputat Zahid Oruc parlamentdə çıxışında deyib.

"Prezidentin xarakteri və idarəçilik siyasətini izləyənlər bilir ki, o, millətin iradəsini, ictimai fikri öz siyasətində nəzərə alır, lakin dövlət vəzifələrinə təyinatları, yaxud çıxarılmaları küçə və meydanların, virtual aləmin təzyiqi altında həyata keçirmir. Müqayisə üçün, Mixail Saakaşvili bir neçə il ərzində hökuməti 4 dəfə dəyişmişdi və hamı onu Sovet mirasını ləğv edib xalq hakimiyyətini quran lider adlandırırdı. İndi informasiya məkanımızda tüğyan edən “köhnələr və yenilər, xaricdə təhsil alanlar və yerli diplom daşıyıcıları, rusofillər, yaxud qərbpərəstlər, 5-ci, yoxsa 6-cı kolon təmsilçiləri” bölgülərini dövriyyəyə çıxaranların iki məqsədi var: Birincisi, 30 il əvvəl partiya-sovet rəhbərlərini və dövlət aparatını iflic etdikləri kimi müharibəni qazanan bir hakimiyyətin resurslarını xarici hədəflərdən çəkindirib daxildə artan gərginliyə və süni qarşıdurmalara yönəltmək. İkincisi, Prezidentin yeni hakimiyyət quruculuğunun qarşısını almaq! Bəli, dövlət başçısının tənqidi hamı üçün bir siqnaldır. Ona görə də təklif edirəm ki, Amerikanın dövlətçilik ənənəsində əsrlərdir davam edən, bizdə də siyasi vəzifə tutan nazirlər də hakimlər və dövlət qulluqçuları kimi and içsinlər”.

Femida.az

Açar sözlər:

Oxunub: 405