Dünyada COVID-ə yoluxma hallarının sayı 108,8 milyonu keçib
12:20 15 Fevral 2021

Pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 108 812 060 təşkil edir.
Femida.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, dünyada COVID-19-dan ölənlərin sayı 2 399 789 nəfərə yüksəlib, 80 milyondan çox insan sağalıb.
Koronavirusa yoluxma hallarının 5 milyon və daha çox olduğu ölkələrin siyahısına ABŞ, Hindistan və Braziliya daxildir. ABŞ dünyada yoluxma və ölüm saylarına görə birincidir. Bu ölkədə 27 639 538 nəfərdə COVID-19 aşkarlanıb, 485 322 ölüm qeydə alınıb, təxminən 18 milyon insan sağalıb.
Dünyada COVID-19-a yoluxma hallarının sayına görə ikinci yerdə Hindistan qərarlaşıb. Bu ölkədə 10 916 598 nəfər koronavirusa yoluxub, 155 732 nəfər COVID-19 qurbanı olub, 11 milyona yaxın insan isə virusdan sağalıb.
Braziliyada isə pandemiya zamanı 9 834 513 yoluxma qeydə alınıb, 239 345 nəfər ölüb, 8,7 milyondan çox COVID-19 pasiyenti sağalıb.
Oxunub: 176
Oxşar xəbərlər
- “Azərbaycan regionda və dünyada yeni reallıqlar yaradıb” - İlham Əliyev
- Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 200 milyon dozanı ötüb
- Alimlər: Dünyada koronavirusdan da təhlükəli pandemiya olacaq
- Dünyada son sutkada 384 mindən çox koronavirusa yoluxma qeydə alınıb
- Antonio Quterreş: "Peyvənd dünyada ədalətli bölüşdürülmür"
- Dünyada COVID-19-a yoluxanların sayı 110 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 106 milyona çatır
- Dünyada koronavirusa yoluxma sayı 100 milyona çatır
- Azərbaycanda yeni texnologiya ilə sürtkü yağları istehsal edilir - Dünyada ilk
- Dünyada koronavirusdan ölənlərin sayı 2 milyonu ötdü