Milli Məclis sədrinin köməkçilərinin sayı azalıb


15:20     15 Fevral 2021 milli%20mec9.jpg

Milli Məclisdə yeni kadr təyinatları olub.


“Report”un əldə etdiyi məlumata görə, Sahibə Qafarovanın müvafiq əmri ilə Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilib.

Bununla da Milli Məclis sədrinin köməkçilərinin sayı 4-dən 3-ə enib.

S.Qafarovanın daha bir əmri ilə Mehdi Dünyamalı oğlu Qurbanov Milli Məclis Aparatında yeni yaradılan Sosial qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.

Xatırladaq ki, F.Hacıyev Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri təyin edilib.

Açar sözlər:

Oxunub: 369