16 yaşlı oğlanı "tok vuraraq" öldürdü
20:19 21 Fevral 2021
Bakının Xəzər rayonunda 16 yaşlı gənci elektrik cərəyanı vurub.
Bu barədə Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in "112" qaynar telefon xəttinə Xəzər rayonunda elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.
Femida.az
Oxunub: 438
Oxşar xəbərlər
- 16 noyabrda döyüşlərdən qaçan erməni komandir tutuldu
- 162 nömrəli marşrutun yolu dəyişdirilir
- 16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
- 16 yaşlı oğlan dayısını qətlə yetirdi
- 16 yaşdan aşağı şəxslərdən metal qəbulu qadağan edildi
- 16 ictimai iaşə müəssisəsində pozuntular aşkarlandı
- 16 məktəb direktoruna töhmət verildi
- 162 yeni yoluxma qeydə alındı
- 161 obyektdə sanitariya-gigiyena tələbləri pozuldu
- 16 məhkəməyə yeni sədr təyinatı olub - VİDEO