“Uşaqlarım məktəbə gedə bilmir” - Daha bir sosial yardım problemi


20:34     23 Dekabr 2015 sosial6.jpg

Femida.az-a müraciət daxil olub. Müraciətdə vətəndaş ağır şəraitdə yaşadıını, lakin ünvanlı sosial yardım ala bilməməsindən şikayətlənir.


Femida.az mətni ixtisarla oxucularına təqdim edir:

“Mən, Fətəliyev Əli Mustafa oğlu, Şamaxı rayonu Qaleybuxurd kəndində yaşayıram. Himayəmdə 3 azyaşlı uşağım, həyat yoldaşım, anam və bacımın uşağı var. Ümumilikdə 7 nəfərdən ibarət ailəyik. Atam uzun müddət urək xəstəliyindən əziyyət çəkir. Uşaqlarımın ikisi orta məktəbdə aşağı siniflərdə oxuyurlar. İşsizlik ucbatından ailə vəziyyətimiz olduqca ağırdır. Bu səbəbdən uşaqlara dərs ləvazimatları və əyin-başları üçün geyim ala bilmirəm. Beləliklə uşaqlarımın məktəbə getmək və təhsil almaq hüququ məhdudlaşır. Çox çətin durumdayıq, evimiz yararsız hala düşüb, iş yerim və gəlirim yoxdur. Hər gün ailə-uşaqlarımın acınacaqlı vəziyyətini gördükcə ürəyimdə qüsur əmələ gəlir. Ailəmizin yeganə əmək qabiliyyətli üzvü mənəm, amma iş tapa bilmirəm. Aztəminatlı ailə olduqumuz üçün ünvanlı sosial yardımın verilməsi ilə bağlı dövlətin müvafiq qurumuna müraciət etsək də get-gələ salırlar. Beləliklə ünvanlı sosial yardımın verilməsindən şifahi şəkildə imtina edirlər. Bu səbəbdən sizdən bu məsələni işıqlandırmağınızı xahiş edirəm”.



Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır.

Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası qanununda qeyd olunur: Dövlət aztəminatlı ailələrə yardım edir. Yəni aylıq gəliri ehtiyac meyarından aşağı olan ailələrə sosial müavinət təyin olunur.


Göründüyü kimi, qanunvericiliyə əsasən, aztəminatlı ailələrin dövlətdən sosial yardım almaq hüququ var.

Ümid edirik ki, aidiyyatı dövlət qurumları məsələni gündəmdə saxlayacaq.


Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1895


Oxşar xəbərlər