Martın 13-dən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq
17:46 24 Fevral 2021
Ukrayna Beynəlxalq Hava Yolları (UIA) martın 13-dən etibarən Kiyevdən Bakıya uçuşların bərpa olunması üçün Azərbaycan hökumətindən xüsusi icazə alıb.
Femida.az xəbər verir ki, bu barədə UIA-nın Mətbuat xidməti məlumat yayıb.
Aprelin sonunadək UIA Heydər Əliyev Beynəlxalq Hava Limanına həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri uçuşlar həyata keçirməyi planlaşdırır.
Hazırda Azərbaycana yalnız ölkə vətəndaşları, Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluq işçiləri və onların ailə üzvləri, yaşayış icazəsi olan əcnəbilər və vətəndaşların yaxın qohumları giriş edə bilərlər.
Sərhədi akkreditə olunmuş laboratoriyada yola düşmədən ən uzağı 48 saat əvvəl verilmiş koronavirus testinin (PZR testi) mənfi nəticələndiyini göstərən sənədi təqdim etməklə keçmək olar.
Oxunub: 440
Oxşar xəbərlər
- Martın 19-u iş günüdürmü? - RƏSMİ
- Martın 15-dən SMS-icazə bərpa ediləcək? — Operativ Qərargahdan açıqlama
- Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
- Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana yeni qayda ilə daxil olacaq
- Martın 28-nə manatın məzənnəsi
- Martın 27-nə manatın məzənnəsi
- Martın 15-nə manatın məzənnəsi
- Martın 19-u Bakıda Novruz şənliyi keçiriləcək
- Martın 12-nə manatın məzənnəsi
- Martın 5-nə manatın məzənnəsi