“2” alanların sayı azalıb - Son 3 ildə


00:28     24 Dekabr 2015 sagird0.jpg

Azərbaycanda son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunlar arasında “2” qiyməti alanların sayı azalmaqdadır. 2012-ci illə müqayisədə 2015-ci ildə IX sinif məzunları arasında “2” alan şagirdlər üzrə göstərici 14% azalıb.


Femida.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11-ci siniflərində tədris təmayüllər üzrə təşkil olunub. Beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri istifadəyə verilib. Son 11 ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyət əldə edərək medallara layiq yerlər tutub, tarixi nailiyyət qazanıblar.

2015-2016-cı tədris ili üzrə ümumi təhsil məktəblərinin 15 nəfər məzunu ali məktəblərə qəbul imtahanlarında maksimum – 700 bal toplayıb. Müasir peşə standartları əsasında təlimlərdən keçmiş 357 nəfər ümumi təhsil məktəblərinə direktor təyin olunub. 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərin 131 nəfəri qızıl, 21 nəfəri isə gümüş medala layiq görülüb.

Açar sözlər:

Oxunub: 873