Baş katib: “Gürcüstan və Ukrayna üçün NATO-nun qapıları açıq qalır”
20:12 04 Mart 2021
“Gürcüstan və Ukrayna üçün NATO-nun qapıları açıq qalır”.
Femida.az -ın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq Avropa Kollecində (College of Europe) çıxışı zamanı deyib.
O bildirib ki, bu ölkələr təşkilata üzv olmaları üçün islahatları davam etdirməli və korrupsiyaya qarşı mübarizə aparmalıdırlar.
“Alyansa qoşulmaq üçün ölkələrin NATO standartlarına cavab verməsi lazımdır. Mənim bu ölkələrə əsas mesajım bundan ibarətdir ki, islahatlara, demokratik institutların müasirləşdirilməsinə və korrupsiyaya qarşı mübarizəyə fokuslansınlar. Biz bu ölkələrə islahatların aparılmasında aktiv yardım edirik”, - deyə Y. Stoltenberq bildirib.
Oxunub: 520
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"