Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı
12:32 09 Mart 2021
Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Qubadlı və Cəbrayıl Rayon Polis Şöbələrinin (RPŞ) əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.
Növbəti belə tədbir zamanı Qubadlı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 1 ədəd minaatan qurğusu, 6 ədəd avtomat, 21 ədəd müxtəlif növ qumbaralar və alışdırıcıları, 12 ədəd qumbaraatan mərmisi və alışdırıcıları, 3760 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.
Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən isə 20 ədəd avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxunub: 287
Oxşar xəbərlər
- Qubadlı şəhərinin Baş Planını İsveçrə şirkəti hazırlayacaq
- Qubadlıdakı hərbi hissə yeni PUA-larla təchiz edilib
- Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb
- Qubadlıda DSX-nin yeni hərbi hissə kompleksi açılıb - FOTOLAR
- Qubadlının Baş planının hazırlanmasına 500 min manat ayrılıb
- Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Qubadlının işğaldan azad olunmasından 1 il ötür
- Qubadlıda silah-sursat aşkar edilib - FOTO
- Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başlayıb
- Qubadlıda hərbçilər qəzaya düşüb - 2 DSX hərbçisi vəfat edib