Azərbaycanda ötən il 155 insan alveri cinayəti qeydə alınıb


15:54     09 Mart 2021 21_03_09_1615290927.jpg


Azərbaycanda ötən il 155 insan alveri cinayəti qeydə alınıb.

Femida.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, insan alveri ilə mübarizədə iştirak etmiş QHT-lərin 18 nümayəndəsinin hər biri Daxili İşlər Nazirliyi tərəfindən 1000 manat məbləğində mükafatlandırılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 155 insan alveri və 5 məcburi əmək cinayəti qeydə alınıb, 7 nəfərdən ibarət 3 cinayətkar qrup zərərsizləşdirilib. Bu hüquqazidd əməllərinin qurbanı olan 94 şəxs müəyyən edilib. Qurbanların hər biri sığınacağa yerləşdirilib, onların müdafiəsi, tibbi, psixoloji yardımla əhatə olunması, zəruri geyimlə təmin edilməsi üçün lazımi tədbirlər görülüb.

Nazirlər Kabinetinin qərarına əsasən, insan alveri qurbanlarına birdəfəlik müavinətlər verilib, 12-si işlə təmin edilib, 25-i peşə kursuna, 22-si yardım Mərkəzinə göndərilib.

Femida.az

Açar sözlər: #insanalveri  

Oxunub: 371