Aksiz dərəcəsi tətbiq edilən malların siyahısı genişləndirilir


20:10     09 Mart 2021 21_03_09_1615302710.jpg

Azərbaycanda aksiz dərəcəsi tətbiq edilən malların siyahısı genişləndirilir.

Femida.az -ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Yeni aksiz dərəcəsi tətbiq edilən mallar aşağıdakılardır:

İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;

- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.

Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanacaq.

Açar sözlər:

Oxunub: 306