TƏBİB-dən karantinlə bağlı AÇIQLAMA
10:10 13 Mart 2021
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi mətbuat orqanlarında, sosial şəbəkələrdə bayram ərəfəsində qurumun karantin rejimini sərtləşdirəcəyi ilə bağlı iddialara münasibət bildirib.
Femida.az xəbər verir ki, qurum karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulunun birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ olmadığını açıqlayıb.
Qeyd olunub ki, koronavirusla əlaqədar qapanma və yaxud da yumşalma tədbirləri TƏBİB tərəfindən həyata keçirilmir: "Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü kimi TƏBİB yalnız müalicə və müayinəylə bağlı tövsiyələr verir. Bütün bunlarla bərabər, vurğulayaq ki, dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydaları insanların sağlamlığının qorunması üçün tətbiq olunur. Hətta bir çox ölkələrdə vaksinasiyanın başlamasına baxmayaraq, hələ də pandemiya ilə mübarizədə karantin qaydalarının tətbiqi zəruri hesab edilir. TƏBİB pandemiya ilə mübarizədə NK yanında Operativ Qərargahın qərarlarını icra edir və buna uyğun fəaliyyətini təşkil edir".
Femida.az
Oxunub: 434
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
- İyunun 1-dən quru sərhədlər açılır? - TƏBİB rəsmisindən AÇIQLAMA
- TƏBİB: “Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”
- TƏBİB: "Hazırda 46 pandemiya tibb müəssisəsindən 7-si fəaliyyətini davam etdirir"
- TƏBİB antibiotiklərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
- TƏBİB “TURKOVAC” vaksini ilə bağlı vətəndaşlara çağırış edib
- Səhiyyə Nazirliyi, Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib
- TƏBİB: "Dördüncü doza insanların öz istəyi ilə vurula bilər"
- TƏBİB-ə yeni səlahiyyət verilib
- "Azərbaycanda yoluxma hallarında stabillik müşahidə olunur"- TƏBİB