Türkiyə ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq genişləndiriləcək
13:08 13 Mart 2021
"Azərbaycanla Türkiyə arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi 2020-ci ildə 13 % artaraq 2,4 mlrd ABŞ dolları səviyyəsində olub. Ölkələr arasında ticarət dövriyyəsini artırmaq istiqamətində çalışırıq".
Femida.az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkil etdiyi “Rəqəmsal Məşğulluq” mövzusunda online konfransda Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının sədri Selçuk Akat deyib.
O bildirib ki, ticarət dövriyyəsini artırmaq üçün yeni əməkdaşlıq sahələri müəyyənləşdirilib: “Məqsədimiz iki ölkə arasında biznes və sərmayə imkanlarının və yeni məşğulluğun yaradılmasına nail olmaqdır. Çünki istər Türkiyədə, istərsə də Azərbaycanda böyük sayda gənc nəsil var. Hər il minlərlə gənclər universitet məzunu olaraq əmək bazarına daxil olur. DEİK olaraq üzərində çalışdığımız mövzulardan biri də Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdir. Aqrar sahədə hər iki ölkə əhəmiyyətli potensiala sahibdir”.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanla Türkiyə arasına ticarət dövriyyəsi 4,16 mlrd ABŞ dolları təşkil edib. Azərbaycanın Türkiyəyə ixracı 2,597 mlrd ABŞ dolları, Türkiyənin Azərbaycana idxalı isə 1,563 mlrd ABŞ dolları təşkil edib.
Oxunub: 787
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq