Ərdoğan: “Əfqanıstanın dərdi bizimdir“


03:31     25 Dekabr 2015 erdogan-konsudu7.jpg

Əfqanıstanın dərdi bizim dərdimizdir. Onların uğuru bizim uğurumuzdur.


Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əfqan həmkarı Əşrəf Qani ilə görüşündə deyib.

“Əfqanıstan hökumətinin istədiyi müddətə qədər əsgərlərimiz orada qalacaq. Bu səfər ölkələrimiz üçün olduqca önəmlidir. Milli birlik hökumətinin ən böyük dəstəkçisi olduq. Əfqanıstanın dərdi bizim dərdimizdir. Onların uğuru bizim uğurumuzdur. Beynəlxalq birlik Əfqanıstana dəstək verməlidir. Bütün çətinliklərə baxmayaraq, Türkiyə , Pakistan və Əfqanıstan birlikdə terrora qarşı mübarizə aparır”, - Ərdoğan qeyd edib. /axar.az/

Açar sözlər:

Oxunub: 984