Ceyhun Bayramov ABŞ rəsmisi ilə danışdı


22:10     15 Mart 2021 2021/03/f488fc5b-624b-3830-ad08-d88f443c1ecf_850_1615832189.jpg

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı baş tutub.


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Femida.az-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Açar sözlər:

Oxunub: 310