Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri azalıb


10:40     24 Mart 2021 telefon.jpg

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 354,9 milyon manat təşkil edib.

Göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz azalıb. Xidmətin 75,0 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 40,9 faizi və ya 145,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. / Trend

Femida.az

Açar sözlər:

Oxunub: 355