Polis 3 rayonda əməliyyat keçirib, qanunsuz odlu silahlar götürülüb


15:48     24 Mart 2021 21_03_24_1616586574.jpg

Polis 3 rayonda əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, keçirilən əməliyyatlarla Qusar rayonu Xurel kənd sakini İ.Şıxzadayevdan müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı tüfəng, Hacıqabul rayonunun 2-ci Udulu kənd sakini N.Yəhyayevdən 1 ədəd “TOZ-16” markalı tüfəng, Sabirabad rayon sakini V.Qurbanovdan isə 1 ədəd ov tüfəngi götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 380