Azərbaycan XİN: İşğaldan azad olunmuş ərazilərə missiya göndərilməsi üçün YUNESKO ilə konstruktiv dialoq aparılır


13:30     26 Mart 2021 xin%20açıqlama.jpg

“Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir”.

Femida.az -ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin şərhində bildirilir.

Şərhdə qeyd olunur ki, bu xüsusda YUNESKO ilə konstruktiv dialoq aparılır: “Ümid edirik ki, bu missiya tezliklə baş tutacaq. Azərbaycan Respublikası azad edilmiş ərazilərində tarixi, mədəni və dini irsin qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə sadiq qalır”.

Açar sözlər:

Oxunub: 356