İki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 100-ü keçib
09:05 27 Mart 2021
Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108-ə çatıb, 32 nəfər həyatını itirib.
Femida.az TASS-a istinadən xəbər verir ki, qatarlar Sohaq əyalətinin Tahta şəhəri yaxınlığında toqquşub. Qatarlardan biri Luksor-İsgəndəriyyə, digəri isə Asuana-Qahirə marşrutu üzrə hərəkət edirmiş.
İlkin məlumata görə, hadisəyə qatarlardan birinin əyləc kranının qopması səbəb olub. Nəticədə onun arxasınca gələn ikinci qatar vaxtında dayana bilməyib.
Qəza zamanı birinci qatarın son iki vaqonu və ikinci qatarı çəkən lokomotiv relsdən çıxaraq aşıb. Hadisə ilə əlaqədar olaraq Misirin cənubunda dəmir yollarında hərəkət tamamilə dayandırılıb.
Hadisə yerinə təxminən 74 təcili tibbi yardım maşını xəlb olunub. Yerli həkimlərə kömək məqsədilə Qahirədən əlavə tibb işçiləri göndərilib.
Oxunub: 369
Oxşar xəbərlər
- İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçilib
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
- İki rayon və bir şəhərə yeni prokuror təyin edildi
- İki aydır komada olan hərbçi vəfat etdi
- İki gündə toylara görə 16 nəfər cərimələnib
- İki nazirlik Yardımlıdakı yanğınla bağlı məlumat yaydı
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu
- İki media işçisi Kəlbəcərdə minaya düşərək həlak oldu
- İki nəfər evdə halsız vəziyyətdə tapıldı
- İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM