Bakıda koronavirusa görə bağlanan daha bir məktəb açıldı


09:14     30 Mart 2021 21_03_30_1617085023.jpg


Bakıda koronavirus infeksiyasına yoluxma halının aşkarlandığına görə fəaliyyətini distant təhsillə davam etdirən 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.

Femida.az xəbər verir ki, təhsil müəssisəsinin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) rəyi əsasında müəyyənləşdirilən karantin müddəti bu gündən başa çatıb.

Xatırladaq ki, martın 16-da 246 nömrəli məktəb-liseydə çalışan 7 müəllimin COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən GEM-in rəyi əsasında məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Femida.az

Açar sözlər: #koronavirus   #məktəb  

Oxunub: 286