Cozef Bayden ordunun bir hissəsini Fars körfəzindən çəkir


19:38     01 Aprel 2021 bayden_dzh.jpg

Cozef Bayden ordunun bir hissəsini Fars körfəzindən çəkir
ABŞ prezidenti Cozef Bayden Pentaqona hərbi qüvvələrin bir hissəsinin Fars körfəzindən geri çəkilməsinə başlanmasını tapşırıb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti adı açıqlanmayan amerikalı rəsmilərə istinadən yazıb.

“Prezident Bayden ABŞ-ın qlobal hərbi mövcudluğunun oriyentasiyasının Yaxın Şərqdən uzaqlaşması üzrə ilk addımlar çərçivəsində hərbi qüvvələrin bir hissəsinin Fars körfəzi regionundan çıxarılmasına başlamaq təlimatı verib”, - qəzet yazır.

Qeyd olunur ki, bu strategiya çərçivəsində ABŞ artıq “Patriot” zenit-raket komplekslərinin azı üç batareyasının, o cümlədən bir neçə il əvvəl ABŞ ordusunu qorumaq üçün Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasında yerləşdirilən batareyanın yerini dəyişdirib.

Femida.az

Açar sözlər:

Oxunub: 404