Hökumətə yeni proqram təqdim edildi


18:39     26 Dekabr 2015 trend_health_ministry_060215%20(1).jpg

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən “2016-2020-ci illər üçün İİV və QİÇS-lə mübarizə üzrə yeni Tədbirlər Proqramı” hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.


Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin sənəd xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədilə geniş profilaktik tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Tədbirlər Proqramı həm də xəstələrin davamlı müalicəsi üçün antiretrovirus preparatları, qulluq və dəstəklə təmin edilməsinə, laborator xidmətin müasir avadanlıq və reaktivlərlə təchizatına və bu sahə üçün kadrların hazırlanmasına yönəlib.

Açar sözlər:

Oxunub: 1463


Oxşar xəbərlər