Prezident yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib
13:22 19 Aprel 2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
Femida.az-ın xəbərinə görə, dövlət başçısına yenidən qurulan “Hövsan” yarımstansiyası barədə məlumat verilib.
Bildirilib ki, 45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.
Prezident İlham Əliyev “Hövsan” yarımstansiyasını işə salıb.
Dövlət başçısına yenidənqurulan 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyası barədə də məlumat verildi. Bu yarımstansiya da tam yenidən qurularaq etibarlılığı və dayanıqlılığı artırılıb, istehlakçıların fasiləsiz və keyfiyyətli enerji ilə təchiz edilməsi təmin olunub. Bu yarımstansiya Sabunçu və Xəzər rayonlarının, xüsusən də Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, ümumilikdə 150 min nəfərə yaxın sakini elektrik enerjisi ilə təchiz edəcək.
Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə “Maştağa” yarımstansiyasını da işə salıb.
Femida.az
Oxunub: 801
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib