Sağlamlıq imkanları məhdud uşağı övladlığa götürənlərə güzəşt müəyyənləşib


22:25     20 Aprel 2021 21_04_20_1618943228.jpg

Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı övladlığa götürən şəxslərdən biri (özlərinin istəyi ilə) əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququna sahib olacaq.

Femida.az -ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bu güzəşt hüququ övladlığagötürmə barədə məhkəmə qərarının surəti əsasında müəyyənləşdiriləcək.

Açar sözlər:

Oxunub: 940