Məktəblilərdən nümunəvi addım - Şəhidin ailəsini ziyarət etdilər


10:34     23 Aprel 2021 2021/04/175892270_904864990083233_4346580953918370313_niop_3238319866.jpg

Mingəçevir şəhər 19 N-li tam orta məktəbin bir qrup müəllim və şagirdləri tərəfindən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin ailəsi ziyarət edib.

Şəhidin anası Radə xanımın iştirakı ilə Şəhidlər xiyabanı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı üstünə tər qərənfillər qoyulub. Eyni zamanda “Vətən yaxşıdır” təsnifi ilə dünyaya səs salan Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhər 1N-li musiqi məktəbində ucaldılmış büstü ziyarət edilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Aydının təşkilatçılığı ilə VIIIb və IXc sinif şagirdlərinin iştirakı ilə Xudayar Yusifzadənin gənclərə örnək olan həyat yolundan, qəhrəmanlığından, II Vətən müharibəsində göstərdiyi şücaətindən bəhs edən tədbir hazırlaıb.
























Açar sözlər:

Oxunub: 704