Meymun ilində nələr baş verir?


16:19     28 Dekabr 2015 meymun%20ili.jpg

Bir neçə gün 2015-i başa vurub 2016-ya daxil oluruq. Daxil olacağımız 2016-cı il meymun ilidir. Adətən, meymun ili özündən əvvəlki keçi ilinin davamı kimi çox ağır keçir. Azərbaycanda 2015-ci ilin, yəni keçi ilinin ağır keçməsi meymun ilinin də ağır keçəcəyini əvvəlcədən deməyə əsas verir.


Meymun ili 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016-cı illərdə doğulan insanların ilidir. Bütövlükdə baxsaq, bizim üçün elə də uğurlu il olmayıb və daha çox faciəvi hadisələrlə yadda qalıb.

Femida.az bundan əvvəlki son üç meymun ilində ölkəmizdə və dünyada nələrin baş verdiyini oxuculara təqdim edir:

1980-ci il...

SSRİ Əfqanıstana qoşun yeritdiyinə görə ABŞ bu ölkə ilə diplomatik əlaqələri kəsir və Moskva olimpiadasını boykot edir.

ABŞ eyni zamanda amerikan diplomatlarını girovluqdan buraxmamasına görə İranla əlaqələrin kəsir.

İyulun 19-da Moskvada XXII Yay Olimpiya Oyunlarının açılışı baş tutur.
İyulun 30-da İsrail Qüdsü “İsrailin əbədi və bölünməz paytaxtı” elan edir. Sonradan dekabrın 15-də BMT Baş Assambleyası bu qərarın əleyhinə çıxış edir.

Noyabrın 4-də Ronald Reyqan ABŞ prezident seçkilərində qalib gəlir.

1980-ci ildə Azərbaycan SSRİ-nin tərkibinə daxil idi. Azərbaycan sürətlə inkişaf edirdi. Ölkədə quruculuq işləri aparılır, yeni müəssisələr açılırdı. Ölkənin müxtəlif ərazilərində bir sıra zavod və fabriklər açıldı.

Bütövlükdə baxsaq 1980-ci il Azərbaycan tarixində inkişaf və tərəqqi ili kimi daxil olub.

1992-ci il...

Bu ili Azərbaycan tarixinin ən faciəvi ili hesab etmək olar.

Belə ki, yanvarın 28-də Şuşa yaxınlığında Mi-8 vertolyotu ermənilər tərəfindən vurulur. Əsasən qadın və uşaqlar olmaqla 41 sərnişin və 3 ekipaj üzvü həlak olur.

Fevralın 25-dən 26-a keçən gecə Xocalı soyqırımı baş verir. Nəticədə, 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir götürüldü.

Martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov müxalifətin təzyiqi altında istefa verir.

Mayın 8-də Şuşa, 18-də Laçın Ermənistan tərəfindən işğal edilir.

Bu il bir sıra müsbət məqamları ilə də yadda qaldı:

Məhz 1992-ci martın 2-də ölkəmiz BMT-yə tam hüquqlu üzv kimi qəbul edildi.

Həmin il, iyunun 7-də Azərbaycanda prezident seçkiləri keçirilir. 59,4% səs toplayan Xalq Cəhbəsinin lideri Əbülfəz Elçibəy prezident seçilir. İyunun 17-də parlamentdə onun andiçmə mərasimi baş tutur.

Avqustun 15-də Azərbaycanda milli valyuta - manat dövriyyəyə daxil olur.

Bu il təkcə Azərbaycanda deyil, bütün dünyada şiddətli müharibələrin getdiyi ildir.

Balkan müharibələri ən şiddətli mərhələdə idi.

Noyabrın 3-də ABŞ-da Bill Klinton prezident seçkisində böyük Corc Buşa qalib gəlir.

E.Şevardnadze 1992-ci ildə Gürcüstan prezidenti seçilir və növbəti meymun ilində, 2004-də hakimiyyətdən gedir.

2004-cü il....

2004-cü il dünya tarixinə terrorizmin tüğyan etdiyi ən dəhşətli il hesab olunur.

Fevralın 6-da Moskva metropolitenində terror aktı törədildi. Nəticədə, 42 nəfər həlak oldu, 250 nəfər isə yaralandı.

Martın 11-də Madriddə dəmiryolunda silsilə terror aktları törədildi. Nəticəfə, 191 nəfər həlak oldu.

Bütün bu faciəvi hadisələrlə yanaşı, 2004-cü ildə müsbət qarşılanacaq hadisələr də olub.

Belə ki, məhz bu il, fevralın 4-də sonradan bütün dünyanı əhatə edən “Facebook” sosial şəbəkəsi fəaliyyətə başlayıb.

Yunanıstanda Dünya Olimpiya oyunları təşkil olundu. Azərbaycan həmin oyunlarda 1 qızıl, 4 bürünc medal qazandı.

Bütövlükdə baxsaq, 2004-cü il Azərbaycan tarixinə stabil bir il kimi tarixə düşdü.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 11640