İlham Əliyev ‘Elmlər Akademiyası’nda açılış etdi


16:23     28 Dekabr 2015 98783486.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib.


Femida.az xəbər verir ki, dövlət başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə metronun “Elmlər Akademiyası” stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verilib.

Azərbaycan Prezidenti yeni çıxışda yaradılan şəraitlə tanış olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1075