ABŞ səfirliyi üç vəkilin fəaliyyətinin bərpa edilməsini alqışlayıb


17:53     06 May 2021 21_05_06_1620309233.jpg

ABŞ-ın Azərbaycandakı səfirliyi Vəkillər Kollegiyasının Şəhla Hümbətova, İradə Cavadova və digər vəkilin fəaliyyətinin bərpa edilməsi haqda qərarını təqdir edib.

Femida.az -ın xəbərinə görə, bu barədə ABŞ səfirliyi açıqlama yayıb.

“Dünyanın demokratik dövlətlərində insan haqları üzrə vəkillər insan haqlarının, demokratiyanın və qanunun aliliyinin qorunmasında müstəsna rol oynayırlar. Xanım Hümbətova, xanım Cavadova və digər çoxsaylı vəkillərin cəsarətli səyləri nəticəsində ehtiyacı olan icmalar və sıravi vətəndaşlar hüquq xidmətlərindən faydalanmaq imkanı qazanırlar”, - deyə səfirliyin açıqlamasında qeyd olunub.

Açar sözlər:

Oxunub: 533