Prezident Şuşada məktəb tikintisi ilə bağlı sərəncam imzaladı


18:03     08 May 2021 2021/05/C15CE8E9-B168-42F9-A2B5-E9B959A2D42D_1620485059.jpeg


Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

Femida.az

Açar sözlər: #Şuşa   #məktəb   #sərəncam  

Oxunub: 754