Yanacaq daşıyan avtomobil yandı


13:02     29 Dekabr 2015 big_1416334055_big_1416247204_mashin09.jpg

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Dəllər Cəyir kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus “QAZ” markalı benzin daşıyan yük avtomobilinin kabinəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 825