Gecəyarı kafeyə gedənlər cərimələndi
18:25 13 May 2021
Saatlıda çayxanalardan birində karantin qaydaları pozulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Saatlı rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Oxunub: 1253