Səngəçalda ağır yol qəzası, iki nəfər yaralandı


11:12     14 May 2021 21_05_14_1620975767.jpg

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Qarabağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində, 2005-ci il təvəllüdlü Abışova Duyğu Rafiq qızı və 1988-ci il təvəllüldü Əhmədova Gülnarə Cavanşir qızı xəsarət alıb.

Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar, müayinə zamanı D. Abışovaya sol mil sümüyünün qapalı sınığı, G. Əhmədovaya sol mil-bilək oynağının sınığı diaqnozu qoyulub.

Yol qəzası ilə bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1049