Hüquq müdafiəçiləri əfv sərəncamından danışdı


16:41     29 Dekabr 2015 SAHIB%20M8.jpg

“Hakimiyyət həm qərbə, həm də daxildəki qüvvələrə mesaj verdi”.


Xəbər verdiyimiz kimi, İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncamla ümumilikdə 210 nəfər məhkum əfv olunub. Həmin 210 nəfər bu gün azadlığa buraxıldı.

Bəs görəsən bu sərəncam hüquq müdafiəçilərini qane etdimi?

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirdi ki, hakimiyyət əslində bu addımla daxili və xarici qaragüruhçu qüvvələrə mesaj verdi:

“Hüquq müdafiəçiləri istənilən humanist addıma görə sevinirlər. Prezidentin bu sərəncamını da bizi birmənalı olaraq sevindirdi. Bu, çox müsbət bir haldır. Mən məhkumların hamısına çalışıram ki, eyni gözlə yanaşım. Lakin ictimai baxımdan fəal olan şəxslərin adlarının da bu siyahıda olmasını gözləyirdik. Azərbaycana qarşı həm daxildən, həm də xaricdən məqsədyönlü təbliğata başlanılmışdı. Əslində dövlət həm qərbə, həm də daxildəki qüvvələrə mesaj verdi ki, biz qərarı özümüz müstəqil qəbul edirik və yalnız öz vətəndaşlarımızla məsləhətləşib addım atırıq”.

Mövzu ilə bağlı Femida.az-a danışan İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə verilmiş əfv sərəncamından narahatlığını ifadə etdi:

“Əfv sərəncamı ilə 210 nəfərin azadlığa buraxılması çox mütərəqqi bir haldır. Lakin ümumilikdə vəziyyətdən çox narahatam. Belə ki, bizim təqdim etdiyimiz 22 nəfərlik siyahıdan heç kəs əfv sərəncamına daxil edilmədi. Bu sərəncamdan o vaxt razı qala bilərdim ki, ictimai-siyasi fəal məhkumlar da azadllığa buraxılardı”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1123