Dollar yenə qalxdı


14:35     27 May 2015 dollar%20femida5.jpg

Azərbaycanda ötən günlə müqayisədə bu gün dolların və avronun məzənnəsində dəyişiklik olub.


Femida.az Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1,0498 manat, avro isə 1,1423 manat təşkil edir.

Ötən gün 1 dollar 1,0495 manat, avro isə 1,1485 manat olub.

Qeyd edək ki, fevralın 21-dən Mərkəzi Bankın yeni qərarı ilə dolların məzənnəsi 1,05 manat olub, avronun məzənnəsi isə 1,1950 təşkil edir.

Açar sözlər:

Oxunub: 846