"Bakı Metropoliteni": İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq


15:18     20 May 2021 trend_metro_train_080615_003.jpg

Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

"Hazırda metronun "Elmlər Akademiyası" stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq", - deyə o, qeyd edib.

Açar sözlər:

Oxunub: 645