İlham Əliyev: "Ermənistanın ordusu qalmayıb, tamamilə məhv edilib"
18:06 20 May 2021
"Ermənistandakı bugünkü vəziyyətə baxsaq, bunun Ermənistanın müstəqil dövlətə çevrildiyi dövrdən daha pis olduğunu görə bilərik. Ermənistanın ordusu qalmayıb, o, tamamilə məhv edilib”.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda keçirilən müzakirələr zamanı çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Ermənistanda davamlı siyasi böhran hökm sürür, cəmiyyətdəki yüksək inamsızlıq səviyyəsi, qarşılıqlı ittihamlar, bəzi erməni siyasətçilərinin ritorikası qəbul edilən bütün çərçivələri aşır.
"Onlar vaxt itirdilər, enerji layihələri və nəqliyyatın inkişafı çərçivəsində Azərbaycanın təşəbbüsləri xaricində qaldılar, işğal etdikləri və heç tarixən də və ya beynəlxalq hüquqa görə onlara aid olmayan əraziləri itirdilər”, - Azərbaycan Prezidenti deyib.
Femida.az
Oxunub: 638
Oxşar xəbərlər
- "Həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq"
- İlham Əliyev: "Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır"
- Erməni təcavüzü nəticəsində əmlakına ziyan dəymiş şəxslərə yardım ödəniləcək - SƏRƏNCAM
- Ermənilərin mülki əhaliyə vurduğu zərərin aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Prezident Ermənistanın zərər vurduğu obyektlərin bərpasına 30 milyon manat ayırdı
- İlham Əliyev Ərdoğanı Füzuli rayonunda qarşılayıb - FOTOLAR
- İlham Əliyev İsrailin yeni Prezidentini təbrik edib
- İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib
- Serbiya Prezidenti İlham Əliyevi təbrik edib
- İlham Əliyev Cavad Zərifi qəbul etdi