Türkiyə Şimali Kiprin 30 illik su problemini həll etdi


17:22     22 May 2021 21_05_22_1621689763.jpg

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) son 30 ildə artan su çətinliyi yaşayır. Türkiyədən ŞKTC-ya içməli suyun gətirilməsi həmişə gündəmdə olub, ancaq gerçəyə çevrilməmişdi.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTC-ya Suvarma Ötürmə Tünelinin açılış mərasimində deyib.

Ərdoğan bildirib ki, içməli su 80 kilometr uzunluğunda dənizin 250 metr altından keçən sistemlə ŞKTC-ya çatdırılıb.

"Bulaq suyu keyfiyyətində içməli su ilə təmin etdik. Bu misilsiz layihədə keçən il baş vermiş qüsuru ən qısa müddətdə həll etdik. 10 min nəfərlik əlavə iş təmin ediləcək. Layihənin başa çatması ilə əkinçilik sektoru yeni bir əsrə qədəm qoyacaq.

Kiprli türklər haqsızlığın və ikili standartların nə demək olduğunu çox yaxşı bilirlər. Bunun ən böyük qurbanı kiprli türklər olub. Məqsədimiz ŞKTC-nin inkişaf edib güclənməsi və daha firavan gələcəyə sahib olmasıdır", - deyə Türkiyə lideri vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 801