MEDİA rəhbərliyi Araz Zeynalovun ailə üzvləri ilə görüşüb


13:30     23 May 2021 21_05_23_1621767629.jpg

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbərliyi və kollektivi tanınmış jurnalist Araz Zeynalovun ailə üzvləri ilə görüşüb, onun səhhəti ilə maraqlanıb.

Bu barədə Femida.az-a Agentlikdən məlumat verilib.

Xatırladaq ki, böyük jurnalistika təcrübəsinə malik, ömrünü peşəsinə sərf etmiş Araz Zeynalovun səhhətində ciddi problem yaranıb. Jurnalist kardioloji xəstəlikdən əziyyət çəkir.

Femida.az

Açar sözlər:

Oxunub: 436