Müdafiə Nazirliyi düşmən təxribatının detallarını AÇIQLADI
13:40 27 May 2021
Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.
Müdafiə Nazirliyindən Femida.az-a bildirilib ki, ilkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.
Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).
Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.
Femida.az
Oxunub: 454
Oxşar xəbərlər
- Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib
- Müdafiə Nazirliyi həkim işçilər axtarır
- Müdafiə Nazirliyi: “Qeyri-rəsmi məlumat və videoları yaymayın”
- "Yarımçıq qalan arzular..." - Şəhid baş leytenantın evindən REPORTAJ (FOTOLAR)
- HHQ-nin yeni hərbi hissəsinin açılışı oldu - FOTOLAR
- Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
- Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
- Atəşkəs yenə pozuldu - Düşmən gərginlik yaradır
- Müdafiə Nazirliyi valideynlərə müraciət etdi
- Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək