Şengen vizaları ilə bağlı qaydalar təkmilləşdirilir


17:56     27 May 2021 2018/06/sengen-1_1529486212.jpg

Avropa İttifaqı Şurası Şengen vizalarının verilməsi qaydasını təkmilləşdirmək üçün Viza Məlumat Sisteminə (VIS) dəyişiklik edib.


Femida.az xəbər verir ki, miqrasiya və təhlükəsizliklə bağlı narahatlığı nəzərə alaraq qısamüddətli Şengen vizaları üçün müraciət edənlərlə bağlı yoxlamaları artırmaq qərarı verilib. İndi bu yenilik Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Son düzəlişin başlıca məqsədi qısamüddətli viza verilməsi qaydalarını daha təhlükəsiz hala gətirmək, VIS databazasına uzunmüddətli viza və yaşayış icazələrini daxil etmək, VIS və başqa uyğun databaza, eləcə də sistemlər arasında əməliyyatları təmin etməkdir. Məsələn, bundan belə səyahət sənədlərindəki tərcümeyi-hal məlumatları da VIS-ə köçürüləcək.

Şəxslər viza və ya yaşayış icazəsi verilməzdən əvvəl təhlükəsizlik və miqrasiya databazalarından hərtərəfli yoxlamadan keçiriləcəklər.

Açar sözlər:

Oxunub: 774


Oxşar xəbərlər