"20 Yanvar"da quru ot sahəsi yanıb


15:16     29 May 2021 21_05_29_1622290631.jpg


Bakı şəhərinin Nəsimi rayonunda ("20 Yanvar" metrostansiyasına yaxın ərazi) hasara alınmış ərazidə təqribən 1 ha sahədə quru ot və 1 ədəd plastik zibil qutusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yaxınlıqdakı ağaclar və digər zibil qutuları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 913