DİN: Vətəndaşın döyülməsi faktı ilə əlaqədar araşdırmalar aparılır
18:45 02 İyun 2021
Vətəndaş Amil Bəydəmirovun döyülməsi faktı ilə əlaqədar təhqiqat araşdırmaları aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nəsimi rayonu, Cavadxan küçəsində yaşayan bir qadın qeyri-rəsmi münasibətdə olduğu A.Bəydəmirov, onun qardaşı və tanışları olan digər şəxs tərəfindən mayın 31-də 16 yaşlı qızının təhqir olunması və təcavüzə məruz qalması iddiaları ilə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Tərəflər arasında yaranan mübahisə zəminində A.Bəydəmirov da polisə müraciət edərək bildirib ki, mayın 31-də əvvəllər tanıdığı şəxslər tərəfindən döyülərək xəsarət alıb.
Təhqiqat araşdırması zamanı şikayətçilərin və digər şəxslərin izahatları alınıb və məhkəmə-tibbi ekspertizası təyin edilib. Sərxoşluq müayinəsilə 16 yaşlı qızı təhqir edən A.Bəydəmirovun qardaşının və digər şəxsin sərxoş olması müəyyən edilib.
Hazırda təhqiqat araşdırmaları davam etdirilir.
"Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət verilməklə, vətəndaşın kimlər tərəfindən döyülməsi və digər hallar müəyyən olunacaqdır", - Mətbuat xidmətindən bildirilib.
Oxunub: 965
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"