Türkiyə və Rusiyadan Azərbaycana gələnlərdən tələb olunan sənədlərin siyahısı
11:23 11 İyun 2021
Dövlət Miqrasiya Xidməti (DMX) hava yolu ilə Azərbaycana giriş-çıxış edən Türkiyə və Rusiya vətəndaşları tərəfindən COVID-19-a dair təqdim edilməsi zəruri olan sənədlərlə bağlı daha bir məlumat yayıb.
Qurumun İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov Femida.az-a bildirib ki, yaşı 1-dən 18-dək olan şəxslər yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidir:
"Eyni sənədi yaşı 18-dən yuxarı olanlar da təqdim etməlidir. Bundan əlavə, yaşı 18-dən yuxarı olan şəxslər həm də COVID-19 pasportunu təqdim etməlidirlər. Burada söhbət tam peyvəndlənməni təsdiq edən sənəd və ya sağalaraq immunitetə malik olmağı təsdiq edən sənəddən gedir. Yəni, bu sənədlərdən biri yetərlidir. Əgər sərnişin tam peyvənd olunmayıbsa, sağalaraq immunitetə malik olmasını təsdiq edən sənədi təqdim etməlidir".
Femida.az
Oxunub: 771
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq