Olimpiadaya hazırlaşan atlet avtomobil qəzasında vəfat etdi


18:12     26 İyun 2021 21_06_26_1624715967.jpg

Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlaşan qətərli atlet Abdalelah Harun vəfat edib.

Femida.az -ın məlumatına görə, 400 metr məsafəyə qaçışda mübarizə aparan idmançı 24 yaşında avtomobil qəzasında dünyasını dəyişib.

Harun 2015-ci ildə Asiya çempionu, 2018-ci ildə isə Asiya Oyunlarının qalibi olub. O, 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londondakı dünya çempionatında bürünc medal qazanıb.

Açar sözlər:

Oxunub: 867


Oxşar xəbərlər