Türkiyə və ABŞ parlamentariləri Qarabağı müzakirə ediblər
09:31 27 İyun 2021
Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ-da Amerika-Türkiyə münasibətlərinin vəziyyətini və perspektivlərini, Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.
Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-a səfərin gedişatında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri, nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıç bildirib.
Nümayəndə heyətində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının, həm də ölkənin aparıcı müxalifət strukturlarının nümayəndələri təmsil olunublar.
Türkiyə parlamentinin üzvləri Amerika Senatının hər iki partiyasından olan qanunvericiləri, yəhudi lobbisinin nümayəndələri və ABŞ-ın Ticarət Palatasının üzvləri ilə danışıqlar aparıblar.
"Biz həmsöhbətlərə nümayiş etdirdik ki, Türkiyənin milli maraqları üçün əhəmiyyətli məsələlərdə aparıcı partiyalar vahid cəbhədən çıxış edir", - Kılıc Türkiyənin Vaşinqtondakı səfirliyində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ-da görüşlərin gedişatında həmçinin Qarabağ mövzusuna toxunulub. "ABŞ Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi barədə çox yaxşı məlumatlandırılıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi BMT səviyyəsində tanınmış reallıqlardır. Biz yenidən ABŞ nümayəndələrinə Ankaranın bu məsələ üzrə mövqeyini çatdırdıq", - o deyib.
Kılıç həmçinin Vaşinqtonda diqqəti Əfqanıstan mövzusuna və Ankaranın əfqan xalqına dəstəyinə hazırlığına yönəldib.
O, xatırladıb ki, ABŞ və Türkiyə arasında Həmid Kərzayi adına Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin olunması məsələsi üzrə texniki danışıqlar davam edir.
Oxunub: 1065
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq