Qırmızı Bazar istiqamətindəki yanğınla bağlı rəsmi məlumat - VİDEO
13:45 01 İyul 2021
Fövqəladə Hallar Nazirliyi (FHN) Füzuli rayonunda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
FHN-dən Femida.az-a bildirilib ki, 30 iyun 2021-ci il tarixində nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Femida.az
Oxunub: 619
Oxşar xəbərlər
- Qırmızı Bazarda düşmənin canlı qüvvəsi məhv edilib - VİDEO
- Qırmızı işığı gözləmədi, iki maşına çırpıldı - Bakıdakı qəzanın VİDEOSU
- Qırmızı Körpüdə pasport sistemi çökdü - Böyük növbə yaranıb
- Qırmızı qəsəbədə 2 top mərmisi tapılıb
- Qırmızı işıqda keçən avtomobil daha 2 minik maşınını əzib, xəsarət alan var - VİDEO