Hande Harmancı “Delta” ştammı ilə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib


12:29     02 İyul 2021 21_07_02_1625214564.jpg


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı payız mövsümündə koronavirus infeksiyasından qorunmaq üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

O, bəzi yumşalda tədbirlərinə arxayanlaşmamağın vacibliyinə toxunub.

ÜST rəsmisi qeyd edib ki, qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır: “Eyni zamanda bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik. Özümüzü qorumağa davam etməli, peyvəndlənməyə qoşulmalıyıq. Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da vurulan peyvəndlər təhlükəsizdir. Bunu hər kəs bir-birinə söyləməlidir”.

Femida.az

Açar sözlər:

Oxunub: 680


Oxşar xəbərlər